AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ QİYMƏTLƏNDİRMƏ MİSSİYASININ SƏFƏRİNİN VAXTI AÇIQLANIB

BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə martın 7-dən 17-dək qiymətləndirmə missiyasının tərkibində səfər edəcək.

Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.

Onun sözlərinə görə, səfər azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi və bu ərazilərin bərpasına daha yaxşı dəstək göstərilməsi üçün planlaşdırılır.