AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ MARŞRUT AVTOBUSLARINI POLİS MÜŞAYİƏT EDƏCƏK

İşğaldan azad edilmiş ərazilərə gedən marşrut avtobusları polis tərəfindən müşayiət ediləcək.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə giriş zamanı biletlərin və bilet almış şəxslərin eyniliyi yoxlanılacaq. E.Məmmədov qeyd edib ki, avtobus sürücüləri azad edilmiş ərazilərdə hərəkətlə bağlı məlumatlandırılacaq.