İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar.
Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.
F.Cəfərov vurğulayıb ki, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə iştirakçıları üçün biletlər pulsuz olacaq.