AZAD EDİLƏN ƏRAZİLƏRDƏ TAPILAN DAHA 11 ERMƏNİ HƏRBÇİNİN CƏSƏDİ TƏHVİL VERİLDİ

Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.

Bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri “Qırmızı bazar” ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.