AZAD EDİLƏN ƏRAZİLƏRDƏ QOŞUNLARIN FASİLƏSİZ HƏRƏKƏTİ TƏMİN EDİLİR

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.