“AZƏRPOÇT” BAYRAMDA VƏTƏNDAŞLARA NÖVBƏLİ İŞ REJİMİNDƏ XİDMƏT GÖSTƏRƏCƏK

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq vətəndaşlara növbəli iş rejimində xidmət göstərəcək.

MMC-dən bildirilib ki, sabah poçt şöbələri aşağıdakı rejimdə işləyəcək:

-Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00;

– 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00;

-2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00;

-3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00;

-4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00;

-Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00.

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.