“AZƏRKOSMOS” SUQOVUŞANIN PEYKDƏN ÇƏKİLMİŞ FOTOSUNU PAYLAŞIB

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin gedişatı “Azersky” peykinin təsvirləri vasitəsilə davamlı olaraq monitorinq edilir.

Bu barədə “Azərkosmos” ASC-dən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, buraya Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları da daxildir.