
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
Bu barədə ASC-dən daxil olan məlumatda deyilir.
“Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb”, – məlumatda qeyd edilib.
