AZƏRBAYCANLILAR FRANSADA ETİRAZ AKSİYASI KEÇİRƏCƏK

Noyabrın 28-də azərbaycanlılar Fransada Azərbaycana qarşı hazırlanan yeni qətnaməyə qarşı etiraz aksiyası keçirəcəklər.

Aksiya Fransa parlamentinin yaxınlığında baş tutacaq.

Aksiyada xaricdə yaşayan azərbaycanlılar, diaspor üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, oktyabrın 3-də Fransa Senatına Azərbaycana qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı qətnamə layihəsində Fransa hakimiyyəti və Avropa İttifaqı ölkələrinə Azərbaycandan idxal edilən neft və qaza embarqo tətbiq edilməsi çağırışı yer alıb.