AZƏRBAYCANLI XİLASEDİCİLƏR TÜRKİYƏDƏ TAPDIQLARI QIZIL VƏ ZİNƏT ƏŞYALARINI POLİSƏ TƏHVİL VERİB

Türkiyənin Hatay bölgəsində FHN-in xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.