Azərbaycanlı Günay Əliyevanın həmtəsisçisi olduğu “Gamelight” startapı “Digiday Technology Awards” müsabiqəsinin “Ən yaxşı mobil marketinq platforması” nominasiyasında qalib seçilib.
“Gamelight” startapı 2022-ci ildə Günay Əliyeva və “Florian Elmies” tərəfindən təsis edilib. “Gamelight” mobil oyunlar bazarında lider kimi formalaşmış marketinq platformasıdır.
“Gamelight”ın ROAS (Return on Ad Spend – reklam xərclərinin geri qaytarılması) alqoritmi partnyor oyunlara yüksək nişan və pul qazandırmaq üçün istifadəçilərin tətbiqdən istifadə məlumatları, demoqrafik məlumatlar və davranış nümunələri daxil olmaqla, böyük həcmdə məlumatları təhlil edir.
Bu startapın digər üstünlüyü böyük həcmdə olan dataları birinci əldən toplaması və emal etməsidir ki, bu da “Gamelight”a digər Universal Analytics mənbələri ilə rəqabətdə yüksək üstünlük qazandırır. Bundan əlavə, alqoritm heç bir insan müdaxiləsi olmadan marketinq kampaniyalarını özünə uyğunlaşdıra və optimallaşdıra bilir, mobil marketinq kampaniyalarının idarə edilməsi üsulunu yenidən müəyyənləşdirir.
Qeyd edək ki, “Digiday Technology Awards” müsabiqəsinin təşkilatçıları media və marketinq platformalarını analiz edib qiymətləndirir. Ən yaxşı xidməti təqdim edən platformalar qalib seçilir. Bu il “Digiday Technology Awards” mükafatlandırma mərasimi sentyabrın 12-də keçiriləcək.