Azərbaycanlı paracüdoçu Namiq Abaslı Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 66 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
İdmançı üçüncü yer uğrunda yarışda ukraynalı paracüdoçu David Xoravanı məğlub edib.
Qeyd edək ki, Azərbaycan komandası Paralimpiya oyunlarında bu günədək 3 qızıl, 2 bürünc medal qazanıb.