AZƏRBAYCANLI MƏŞHUR XALQ ARTİSTİNİN QARDAŞI VƏFAT EDİB

Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Rusiyanın Moskva şəhərində vəfat edib.

Bu barədə “Azərbaycanfilm” kinostudiyasının “facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə əsas rolların ifaçısı olub.

“Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə bildirilib.