Çox sayda dinc azərbaycanlı sakin erməni faşist qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirdiyi minaların partlaması nəticəsində həlak olub.
Bunu amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, bu gün erməni faşist silahlı qüvvələri Avropada şərin və insan itkilərinin əsas mənbəyidir:
“Sirac Abışov və Məhərrəm İbrahimovun ölümü Avropa mətbuat tarixində faciəvi xəbərdir. İki media əməkdaşının faciəvi şəkildə həlak olmasını və eyni zamanda fransalı və avropalı bürokratların heç nə olmayıbmış kimi davranmalarını görmək dəhşətlidir. Bu gün bütün dünya jurnalist və reportyor ictimaiyyəti bilməlidir ki, Ermənistan kimi terrorçu rejimlər günahsız insanları öldürməkdə davam edir. Ən dəhşətlisi isə odur ki, Yerevan Azərbaycanın suveren ərazilərində yerləşdirilmiş minaların dəqiq yerlərini göstərən xəritələri verməkdən imtina edir”
Ekspertin sözlərinə görə, erməni avtokratların və hərbi başkəsənlərin törətdiyi və törətməkdə olduğu vəhşi cinayətlərin pislənməsini davam etdirmək lazımdır.