AZƏRBAYCANLI HƏRBÇİLƏR TÜRKİYƏDƏ TƏLİM KEÇİR

Azərbaycan Silahlı Qüvvələrinin 14 nümayəndəsi Türkiyədə yaxın hava dəstəyi fəaliyyəti çərçivəsində təlim keçir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb.

Qeyd olunub ki, Türkiyənin Hərbi Hava Qüvvələrinin tədrisçiləri azərbaycanlı şəxsi heyətə dərslər keçir.