AZƏRBAYCANLI ALİM RUSİYA FEDERASİYASININ ƏMƏKDAR ELM XADİMİ ADINA LAYİQ GÖRÜLÜB

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülüb.

İnstitutdan bildirilib ki, S.Allahverdiyev bu ada elmin inkişafına verdiyi böyük töhfə və çoxillik vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin qərarı ilə layiq görülüb. O, həm də Rusiya Elmlər Akademiyası K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun baş elmi işçisidir.