AZƏRBAYCANLA VYETNAM ARASINDA ÜÇİLLİK FƏALİYYƏT PLANI QƏBUL EDİLİB 

Azərbaycan və Vyetnam arasında üçillik fəaliyyət planı qəbul edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, – paylaşımda qeyd edilib.

Azərbaycanla Vyetnam arasında üçillik fəaliyyət planı qəbul edilib (FOTO)