AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA DAHA BİR SAZİŞ TƏSDİQ EDİLİB

Azərbaycan ilə Türkiyə arasında daha bir saziş təsdiq edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq təsdiq edilib.