AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA BİTKİ MÜHAFİZƏSİ VƏ KARANTİNİ İLƏ BAĞLI SAZİŞ TƏSDİQ EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.