AZƏRBAYCANLA QAMBİYA ARASINDA DİPLOMATİK PASPORT SAHİBLƏRİ ÜÇÜN VİZA REJİMİ LƏĞV EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzaıayıb.

2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.