AZƏRBAYCANLA PAKİSTAN ARASINDA DAHA BİR SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
qanunu imzalayıb.

Saziş 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanıb.