AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA VİZASIZ GEDİŞ-GƏLİŞ HAQQINDA SAZİŞİN PROTOKOLU TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.

2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiq edilib.