Milli Məclis “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.
Bu məsələ parlamentin oktyabrın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Müqavilə bu il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.