AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏRİN QURULMASININ 30 İLLİYİ İLƏ BAĞLI SƏNƏD İMZALANIB 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub. C. Bayramov həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.

Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı da imzalayıb və təsdiq ediblər.

Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı sənəd imzalanıb (FOTO)