AZƏRBAYCANLA ÖZBƏKİSTAN ARASINDA ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN 14-CÜ İCLASI KEÇİRİLİB

İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Birgə hökumətlərarası komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçılarımızın siyasi iradəsi, yüksək səviyyəli səfərlər, əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan əlaqələrinin genişləndirilməsində xüsusi rol oynayır. Birgə hökumətlərarası komissiyanın bu istiqamətdə fəaliyyəti müsbət qiymətləndirilib və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı qarşıda yeni tapşırıqların durduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkisanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi vacib istiqamətlərdəndir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimizdə və regionda layihələrin birgə maliyyələşdirilməsi üçün əlavə imkanlar açır. Hazırda şirkət tərəfindən müxtəlif istiqamətlərə aid 15 perspektivli layihə nəzərdən keçirilir.

Özbəkistanla avtomobil istehsalı sahəsində də birgə layihələrlə bağlı əhəmiyyətli uğurlar əldə edilib. “Azərmaş” ASC və “Uzavtosanoat” ASC “Chevrolet” markalı avtomobillərin və onların ehtiyat hissələrinin istehsalı məqsədi ilə Hacıqabul Sənaye Parkında işləri davam etdirir. 2023-cü ildə sənaye parkında avtomobil istehsalı üzrə ikinci zavodun təməlqoyma mərasimi keçirilib. Hazırda müəssisənin tikintisi aparılır. Cari tarixədək “Uzavtosanoat” SC ilə əməkdaşlıq çərçivəsində 8900-ə yaxın avtomobil istehsal olunub. Bununla yanaşı, Azərbaycanda pambıqçılıq klasterinin yaradılması üzrə uğurlu əməkdaşlıq, həmçinin tikinti və digər sahələr üzrə reallaşdırılan və potensial investisiya layihələri haqqında məlumat verilib.

Birgə hökumətlərarası komissiyanın həmsədri, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərini vurğulayıb, işbirliyinin yeni istiqamətlər üzrə inkişafı, ticarətə dövriyyəsinin artırılması, biznes dairələrinin əməkdaşlığının genişləndirilməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlğın cari vəziyyəti və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi, səhiyyə və əczaçılıq, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəni-humanitar və sosial, turizm, media və kommunikasiya sahələrində işbirliyinin gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclası keçirilib (FOTO)