AZƏRBAYCANLA LİTVA ARASINDA BEYNƏLXALQ AVTOMOBİL DAŞIMALARI HAQQINDA SAZİŞ TƏSDİQ EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanıb.