AZƏRBAYCANLA HƏMRƏYLİYİMİZ ƏBƏDİ DAVAM EDƏCƏK – TÜRKİYƏ XİN-İN BƏYANATI

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.

Bəyanatda işğal altındakı torpaqlarını qaytarmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycanın 9 noyabrda imzalanan üçtərəfli bəyanatla döyüş meydanındakı zəfərini diplomatiya masasında da rəsmiləşdirdiyi, illərdir icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz iradəsi ilə həyata keçirdiyi qeyd olunub.

Bəyantda bildirilib ki, Türkiyə yaşadığı yerlərdən didərgin düşmüş azərbaycanlıların qayıdışına imkan yaranmasından məmnunluq duyur:

“Qarabağ Zəfəri sadəcə işğal altındakı torpaqları azad etməyib, bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açıb. Sürətlə abadlaşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu kimi regionun simasını dəyişdirən layihələr Azərbaycanın gücünün göstəricisidir. “İki dövlət, tək millət” inancı ilə, Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu bölüşürük. Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”.