AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA SƏRHƏD KEÇİD MƏNTƏQƏLƏRİ MÜƏYYƏN EDİLİB

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib.

Bu barədə parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) – Qardabani (Gürcüstan); Avtomobil

– “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);

– “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).

Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.