AZƏRBAYCANLA ÇİN ARASINDA MƏHKUMLARIN VERİLMƏSİ HAQQINDA PROTOKOL İMZALANIB

5 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.