
“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanunda qeyd olunub ki, 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” təsdiq edilsin.
