AZƏRBAYCANIN ZƏFƏRİ BÖLGƏMİZDƏ RİFAHIN, SABİTLİYİN YOLUNU AÇDI – TÜRKİYƏ XİN RƏHBƏRİ

Azərbaycanın zəfəri bölgəmizdə rifahın, sabitliyin yolunu açdı

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olundu.

“Böyük qırğız yazıçısı Çingiz Aytmatovun dediyi kimi, bu, əsrə bərabər gün idi. Bu tarix əsrə bərabər gündür. Azərbaycanın zəfəri bölgəmizdə rifahın, sabitliyin yolunu açdı. Qardaş Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm” – deyə nazir bildirib.