AZƏRBAYCANIN YUNAN-ROMA GÜLƏŞÇİLƏRİ GİMNAZİADANI 9 MEDALLA BAŞA VURUBLAR

Azərbaycanın yunan-Roma güləşçiləri Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarını 9 medalla başa vurublar.

Yığmanın heyətində Mikayıl İsmayılov (110 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız finalda məğlub olan Şahid Nəbiyev (48 kiloqram), Nihat Bəhmənov (51 kiloqram), Əmrah Əmrahov (55 kiloqram), Akif Nəcəfli (65 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) gümüş, Turan Daşdəmirov (55 kiloqram), Nihat Tağıyev (60 kiloqram) və Emil Abasov (80 kiloqram) isə bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Azərbaycanın 16 növ üzrə 160 idmançı ilə təmsil olunduğu Gimnaziadaya bu gün yekun vurulacaq.