AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİN ATƏT-İN FƏALİYYƏTDƏ OLAN SƏDRİ İLƏ TELEFON DANIŞIĞI OLUB

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.