AZƏRBAYCANIN XARİCDƏKİ DİPLOMATİK MİSSİYALARINDA PREZİDENT SEÇKİLƏRİ KOREYADA BAŞLAYACAQ, ABŞ-DƏ BİTƏCƏK

Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-nin Los-Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.

Seçki-2024.az saytı xəbər verir ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.