
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yığma bu məqsədlə Sloveniyaya yola düşüb.
Komanda burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə millinin rəqibləri Macarıstan və Sloveniya kollektivləri olacaq.