AZƏRBAYCANIN VƏ TACİKİSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ OLUB

Parisə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər ikitərəfli əməkdaşlığın gündəliyi, habelə regiondakı cari vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.