AZƏRBAYCANIN VƏ RUSİYANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Fevralın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.