AZƏRBAYCANIN UŞU KUNQ-FU MİLLİSİ AVROPA ÇEMPİONATINDA 9 MEDAL QAZANIB

Azərbaycanın uşu kunq-fu yığması Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

Milli komanda yarışı 9 medalla başa vurub. Onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bürünc mükafatdır.

Elçin Eminov bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə Avropa çempionu olub. Hamza Rəsulzadə də rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.