AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRLİYİ ƏMƏKDAŞLARININ TƏXLİYƏSİ BARƏDƏ MƏLUMATI ŞƏRH EDİB

Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini hər zamankı rejimdə davam etdirir, yaranmış vəziyyətlə əlaqədar 24 saat fəaliyyət göstərən qaynar xətt mövcuddur.

Bu barədə Səfirlikdən bildiriblər.

“Səfirliyin əməkdaşlarından qadın diplomatlar və ailə üzvləri ölkədəki vəziyyətdən asılı olaraq yaxın günlərdə Ukrayna ərazisini tərk edə bilərlər”, – deyə Səfirlikdən qeyd edilib.