Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupunda Estoniyanı qəbul edəcək.
Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Oyunu şotlandiyalı baş hakim Devid Munro idarə edəcək.
Azərbaycan yığması 6 oyundan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb. Yeddi matçdan sonra sonuncu – 6-cı sıradakı Estoniyanın xalı yoxdur.