AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRLİYİNDƏ QAYNAR XƏTT YARADILIB

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb.

Bu barədə səfirliyin tvitter hesabında qeyd edilib.

“Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində həlak olanların sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.