
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Səudiyyə Ərəbistanına səfər edib.
COP29-un rəsmi “X” hesabında qeyd olunub ki, səfər çərçivəsində “KAUST” və “ACWAPower” şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib.
Tərəflər bərpa olunan texnologiyaya innovativ yanaşmaları, emissiyaların idarə edilməsi texnologiyaları, suyun duzsuzlaşdırılması və Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib.