AZƏRBAYCANIN STOLÜSTÜ TENNİSÇİLƏRİ ÖZBƏKİSTANDA BÜRÜNC MEDAL QAZANIBLAR

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə və Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində fəxri kürsüyə qalxıblar.

Federasiyadan verilən məlumata görə, yığma üzvləri qarışıq-qoşa mübarizədə bürünc medala layiq görulüblər.

Qeyd edək ki, mayın 28-də start verilən yarışa ayın 31-də yekun vurulacaq.