AZƏRBAYCANIN STOLÜSTÜ TENNİSÇİLƏRİ FRANSADA KEÇİRİLƏN TURNİRƏ QATILIBLAR

Azərbaycanın stolüstü tennisçiləri Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirinə qatılıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Onur Quluzadə və Yağmur Məmmədli 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda qüvvələrini sınayırlar.

Turnirdə qitənin ümumilikdə 224 stolüstü tennisçisi bacarığını göstərir.

Bu gün start götürən yarışa avqustun 25-də yekun vurulacaq.