AZƏRBAYCANIN SƏDRLİYİ İLƏ İƏT-Ə ÜZV DÖVLƏTLƏRİN YÜKSƏK SƏVİYYƏLİ RƏSMİLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB 

Bu gün Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı sabah Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.

Azərbaycanın sədrliyi ilə  İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirildi (FOTO)
Azərbaycanın sədrliyi ilə  İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirildi (FOTO)