AZƏRBAYCANIN RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRİ TBİLİSİDƏ ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT EDİB

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 23-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

Nazir Rəşad Nəbiyevi Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşları müşayiət ediblər.