AZƏRBAYCANIN NEFT İXRACINDAN GƏLİRLƏRİ AÇIQLANIB

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 22,682 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.

Azərbaycan hesabat dövründə 17,18 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 53,1 faiz çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 49,49 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 66,59 faizə bərabər idi.