AZƏRBAYCANIN NATO-DAKI SƏFİRİ BU TƏŞKİLATIN BAŞ KATİBİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb.
Bu görüşü səciyyələndirən diplomat tviterdə paylaşım edib.
“NATO Baş katibinin gender, eləcə də sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi xanım İren Fellin ilə səmərəli görüşümüz olub. Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) gündəliyində duran məsələləri, həmçinin bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, – deyə C.Hüseynzadə qeyd edib.