AZƏRBAYCANIN MMA DÖYÜŞÇÜSÜ QAZAXISTANLI RƏQİBİNƏ QALİB GƏLİB

Azərbaycanın MMA döyüşçüsü Məhərrəm Həsənzadə növbəti görüşünü keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı Qazaxıstanın Almatı şəhərində keçirilən “Naiza & Fight nights” ilə birləşmiş beynəlxalq turnirində rinqə çıxıb.

Onun rəqibi qazaxıstanlı Bekzhan Utemisov olub. Qarşılaşma M. Həsənzadənin qələbəsi ilə başa çatıb.