
Gürcüstanın Tbilisi şəhərində “Georgian Fighting Championship” turnirinin 25-ci seriyası keçirilib.
Yarışda Azərbaycan təmsilçisi Əliskəndər Əliyev (77 kiloqram) rinqə çıxıb. Gürcüstanlı tanınmış idmançı Giorgi Tabatadze ilə qarşılaşan Ə. Əliyev erkən qələbə qazanıb.
O, rəqibini birinci raundun ilk dəqiqəsində boğucu fəndlə məğlub edib.



